Qazaxıstan parlamentinin yuxarı palatasının (Senat) sədri Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verilib. “Report” xəbər verir ki, ölkə Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı fərman imzalayıb. Qeyd edək ki, 56 yaşlı D.Nazarbayeva keçmiş prezident Nursultan Nazarbayevin qızıdır. O, 2016-cı ildən Senatın sədri idi. D.Nazarbayeva bundan öncə baş nazirin müavini vəzifəsində də çalışıb.