Nazirlik:"Bu il neftin orta qiyməti 30 dollardan çox olacaq"

Rusiya Federasiyasının Energetika Nazirliyi bu il neftin qiymətinin orta hesabla bir barel üçün 30 ABŞ dollarından bir qədər çox olacağını gözləyir.

APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Energetika Nazirliyinin neft və qaz hasilatı və nəqli departamentinin direktoru Aleksandr Qladkov bildirib.

“Bu il orta hesabla neftin qiymətinin 30 dollar və bir qədər artıq olacağını gözləyirik. Yəni 15 və ya 20 dollar olmayacaq. Bütün səylərimiz məhz buna yönəlib”, – deyə, A. Qladkov qeyd edib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir