“Neft-qaz hesabına 5 milyard dollarlıq profisit yaranıb, amma…” –EKSPERT ŞƏRHİ

“Neft-qaz sektoru hesabına cari balansda 5,1 mlrd. dollar profisit yaranıb. Amma əvəzində cari hesabın qeyri-neft kəsiri 10% (157 mln. dollar) artaraq 1.7 mlrd. dollara yaxınlaşıb. Eyni zamanda, xarici ticarət balansının qeyri-neft defisiti ötən ilin 3 ayına nisbətən 23% (377 mln. dollar) böyüyüb”.
Azpost.info bildirir ki, bu sözləri iqtisadçı ekspert  Rövşən Ağayev Mərkəzi Bankın açıqladığı ilin ilk 3 ayının tədiyə balansının yekunlarını şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, ölkədən “xalis xəta və nöqsanlar” maddəsi altında dəqiq uçota alına bilməyən xalis kapital çıxışı 1.2 mlrd. dolları ötüb və son 15 ilə baxsaq bu həddi tarixi rekord da saya bilərik: “Maliyə hesabına 1.3 mlrd. dollar profisit yaranıb (ötən il 1.2 mlrd. USD kəsir vardı). Amma müsbət saldonun yaranmasının səbəbi heç də ölkəyə xarici kaputal axını ilə bağlı deyil. Bu profisit Azərbaycan rezidentlərinin xaricdəki aktivlərini geri çağırması hesabına formalaşıb”.
R.Ağayev bildirib ki, bank sektorunun xaricdəki portfel qoyuluşları hesabına 693 mln. dollar, xaricdəki neft-qaz layihələri hesabına 453 mln. dollar xalis kapital geridüönüşü baş verib: “Xarici neft-qaz şirkətləri ölkəyə birbaşa investisiya formasında 1.2 mlrd. dollara yaxın sərmayə gətirsələr də, kapital və mənfəət repatriasiyası formasında ölkədənn 3 ay ərzində 3.1 mlrd. dollar çıxarıblar – yəni 3 aylıq tədiyyə balansı üçün 2 mlrd. dollara yaxın kəsir yaradıblar”.
İqtisadçı deyib ki, vətəndaşlara xaricdən göndərilən pul baratlarının həcmi 77% (210 mln. dollar) artaraq 481 mln. dollara çatıb.
Rübün yekunlarına görə tədiyə balanslnda 3.4 mlrd. dollar müsbət saldo yaranıb.
Azpost.info
Əvvəlki məqalə

Azərbaycan ombudsmanı beynəlxalq ictimaiyyətə müraciət ünvanladı

Sonrakı məqalə

Bir ayda 20 milyon manatlıq narkotik ələ keçib, 83 narkotacir saxlanıb –