“Netflix” Notr-Dam kilsəsindəki yanğına həsr olunan serial çəkib

“Netflix” kinostudiyası 2019-cu ildə Parisdəki Notr-Dam kilsəsində baş verən yanğına həsr olunan çoxseriyalı filmiekranlara çıxaracaq.

Fransız dilində lentə alınan “Notr-Dam” adlı mini-serialda kilsədəki yanğının söndürülməsində iştirak edən iki yanğınsöndürənin həyatından bəhs olunur.

Çoxseriyalı bədii film bu ilin oktyabr ayında kinostudiyanın platformasına yerləşdiriləcək. Erve Hadmarın rejissoru olduğu filmdə baş rollarda fransız aktyorları Kerolayn Prust, Saymon Abkarian, Sandor Funtek və Korenten Fila çəkilib.

Xatırladaq ki, 2019-cu il aprelin 15-də şiddətli yanğına məruz qalmış Notr-Dam kilsəsi 2024-cü ildə qapılarını ziyarətçilərə yenidən açacaq. Kilsənin yenidən qurulması üçün milyard avro toplanıb. O vaxt Fransa Prezidenti Emmanuel Makron bildirmişdi ki, Notr-Dam beş il ərzində bərpa olunacaq, lakin bəzi ekspertlər buna on ildən çox vaxt lazım gələcəyini ehtimal edirdilər.

 

Əvvəlki məqalə

Səkkiz ayda ÜDM 5,8 faiz artıb

Sonrakı məqalə

“Şəhid bacısı” adı altında onlayn pul toplayan şəxs tutulub