“Nökəriniz deyiləm…”- Fitsodan Zelenskiyə sərt təpki

Slovakiya Baş naziri Robert Fitso bildirib ki, son Aİ sammiti zamanı Vladimir Zelenski ilə fikir mübadiləsi aparıb.

Azpost.info xəbər verir ki, Fitso qeyd edib ki, Zelenski mətbuat konfransında onu tənqid edib və sosial şəbəkələrdəki paylaşımlarında ona qarşı təkəbbürlü olub.

Baş nazirin sözlərinə görə, o, Zelenskinin hansı təzyiq altında olduğunu və Qərbin öz məqsədləri üçün istədiyi hər şeyi ona verdiyini anlayır.

“Ancaq mən öz fikrimi ifadə edə bilməyən və yalnız sizə kömək etməyə borclu olan nökəriniz deyiləm”, – Baş nazir bildirib.

Fitso xatırladıb ki, Zelenski daha əvvəl Ukraynanın Rusiya qazının öz ərazisi ilə Avropaya tranzitini dayandıracağını, bunun isə Aİ-yə, o cümlədən Slovakiyaya milyardlarla itki verəcəyini demişdi.

“Rusiyanı zəiflətmək üçün qeyri-real məqsəd. Slovakiyaya qaz tranziti dayandırılarsa, Kiyevə qarşı tədbirlər görülə bilər”, – Fitso deyib.

Azpost.info

 

Əvvəlki məqalə

Rusiya aviaşirkəti Azərbaycana reyslərini ləğv edib

Sonrakı məqalə

Mәrkәzi Bank gələn il üçün pul siyasətinin əməliyyat hədəflərini