Ötən 5 ayda kafe-restoranların dövriyyəsi 743 milyon manat olub

2023-cü ilin yanvar-may aylarında ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 25,9 faiz artaraq 743,3 milyon manat olub.

Dövlət Statistika Komitəsindən açıqlanan məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,7 faizi hüquqi şəxslərin, 49,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 28,4 faiz artaraq 372,9 milyon manat təşkil edib.

Azpost.info

Əvvəlki məqalə

“AVRO 2024”- III turun ilk oyun gününün nəticələri

Sonrakı məqalə

“Moskvanı sərt reaksiyaya təhrik edirlər…” –