May ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 612 min barel olub.
Energetika Nazirliyi xəbər verir ki, bunun 500 min barelini xam neft, 112 min barelini isə kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.