Özünə hörmət edən sahibkarlıq subyekti məhsulunun hansı standarta uyğun olduğunu bəyan etməlidir- İlham Bayramov

Standartların qəbulunda müəyyən çətinliklərimiz var. Əsas məsələ odur ki, bu sahədə məlumatlılıq kifayət qədər deyil.

Bunu Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov bildirib.

Onun sözlərinə görə, standartlaşma sahəsində maraqlı tərəflərin aktiv iştirak etməməsi və standartlaşdırma üzrə bir sıra Texniki Komitələrin fəaliyyətinin qənaətbəxş olmaması da çətinliklərə səbəb olur.

“Bundan başqa, standartların könüllü olmağı çaşdırıcı şərait yaradır. Düşünürük ki, standartların könüllü prinsipi varsa, bu tətbiq olunmaya bilər, buna ehtiyac yoxdur. Bir çox xarici ölkələrin milli standartlaşdırma qurumları ilə əməkdaşlıq edirik. Keçən il Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair Tvinninq layihəsi yekunlaşdı. Həmin layihədə Almaniya, İsveç və İspaniyanın milli standartlaşdırma qurumları cəlb edilmişdi. Onların təcrübələrini yaxından öyrənməyə çalışdıq. Bu ölkələr Avropanın ən inkişaf etmiş ölkələrdir. Onlardan soruşanda, “Standartlar sizdə könüllü xarakter daşıyır, ola bilərmi ki, bunlar tətbiq olunmur?”. Onlar bunu başa düşmürdülər. Çünki özünə hörmət edən hər bir sahibkarlıq subyekti əgər mal istehsal edirsə, xidmət göstərirsə mütləq şəkildə istehsal etdiyi malın, təqdim etdiyi xidmətin hansı standarta uyğun olduğunu bəyan etməlidir. Bu bəyan mütləq şəkildə reallığa əsaslanır. Əgər sahibkarın istehsal etdiyi malın bəyan etdiyi standarta uyğun olmaması dövlət qurumları tərəfindən aşkar olunarsa, həmin sahibkarlıq subyekti üçün ciddi cəzalara tətbiq olunur ki, heç bir ağıllı sahibkar bu riskə getməz. Bu baxımdan maarfilənməyə ehtiyac var. Belə olanda standartların faydaları təsir göstərəcək”, – deyə baş direktor vurğulayıb(azərtac).

 

Əvvəlki məqalə

“Bayden-Zelenski görüşü xüsusi əməliyyatın gedişatını dəyişə bilməyəcək”

Sonrakı məqalə

Bakının mərkəzindəki yanğına görə 41 uşaq bağçadan təxliyə edilib