Paşinyandan tələb olundu: "Ermənistanda ABŞ-ın bioloji laboratoriyalarını bağla!"
"Ermənistan qartalları - Vahid Ermənistan" partiyasının nümayəndələri baş nazir Nikol Paşinyana ölkə əhalisinin təhlükəsizliyi naminə ABŞ bioloji laboratoriyalarının ləğvi tələbi ilə müraciət ediblər.
Onlar bildiriblər ki, bu cür obyektlərin yerləşdirilməsi üçün heç bir hüquqi əsas yoxdur, lakin hakimiyyət illərdir vəziyyəti görməzdən gəlir.
Bəyanatda vurğulanır: "Ermənistan ərazisindəki Amerika bioloji laboratoriyaları həm vətəndaşların sağlamlığına, həm də erməni genetik kodunun qorunmasına təhlükə yaradır. Ermənistanın suverenliyini və erməni xalqının təhlükəsizliyinin təmin olunmasının prioritetliyini nəzərə alaraq," Ermənistan qartalları - Birləşmiş Ermənistan" partiyası baş nazir Nikol Paşinyandan tələb edir ki, iki ay ərzində ABŞ-ın Ermənistandakı bütün bioloji laboratoriyalarını ləğv etsin". (Virtualaz.org)
Əlaqəli xəbərlər
-
Zelenski Krım körpüsünün tam dağıdılmasını istəyir - Ukrayna yeni hücum hazırlayır
-
İran 3 yeni mini PUA-larını təqdim etdi -FOTO
-
Şimali Koreya Rusiyaya hərbi dəstəyi dayandırdı - Kim Çen In Putinə niyə narazıdır?
-
Ukraynanın dəniz hücumları Avropada narazılıq yaratdı – İtaliya və Almaniyadan xəbərdarlıq
Növbəti xəbər yüklənir...