Pedaqoji ixtisası olmayan şəxslər müəllim işləyə bilər –Qəbul müsabiqəsinə buraxılacaq İXTİSASLAR /CƏDVƏL

“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslı şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb ediləcəklər.

Hər il müsabiqəyə buraxılacaq ixtisasların siyahısı Elm və Təhsil Nazirliyi tərəfindən elan edilir. Siyahı “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nın əlavəsində qeyd edilən ixtisaslara müvafiq olaraq müəyyənləşdirilir.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.