“Polad Həşimovun heykəlini sifariş edən “dil pəhləvan”ları hara yoxa çıxdı?” –Sənətşünasdan narazılıq (FOTO)

Sənətşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev şəhid general Polad Həşimovun Azərbaycan Dövlət Rəssamlıq Akdemiyasında hazırlanmış heykəlinin ötən ildən emalatxanda qalmasından narazılıq edib. 
Azpost.info bildirir ki, sənətşünas bu barədə Meta-da yazıb.
Onun sözlərinə görə, Dövlət Rəssamlıq Akdemiyasının tələbəsi olan Təbriz Soltanlının diplom işi (bakalavr pilləsi) olan bu heykəltəraşlıq nümunəsinin müdafiəsində (2021-ci il)  iştirak edib. “Akademik Ömər Eldarovun sədrliyi ilə keçirilən baxışda bir çox tanınmış sənətkarlar, o cümlədən müxtəlif təşkltların nümayəndələri də iştirak etdi. Uğurla keçən müdafiə qurtrar-qurtarmaz salonda heykəlin hara apralıacağı ilə bağlı qızgın fikir mübadiləsi aparıldı. Bir sözlə, onu abidəyə çevirmək iddiasında olanların sayı gözləndiyindən də çox oldu. İndi o vaxtdan BİR İL (!!!) keçsə də vəziyyət dayişməyib. Süni polister materialına köçürülmüş heykəl hələ də Akademiyanın həyətində qalmaqdadır. Görəsən o dil pəhləvanları indi haradadır?”
Z.Əliyevin sözlərinə görə, əgər tələbə ürəyinin odu-alovu və Vətən sevgisi ilə yaradılmış bu heykəl indiyə qədər abidəyə çevrilməməsi təəssüf doğurur: “44 günlük Vətən müharibəsinin ilhamvericisinə bu münasibət nə deməkdir? Görəsən ölkədə Prezidentdən aşağı vəzifə tutanlar nə düşünürlər? Yoxsa Hacı Zeynalabdin Tağıyevin heykəli kimi, bunun da Bakıda, yaxud da Qəbələdə və Sumqayıtda ucaldılmasını Bəhram Bağırzadə Prezidentdən xahiş etməlidir? Nə etməli? suaına gəlin birlikdə cavab axtaraq…”
Əvvəlki məqalə

Hakim partiya Baş nazir Consona etimadsızlıq məsələsini qaldırıb

Sonrakı məqalə

“Ruslar Ukraynada oğurlanmış taxıl üçün alıcı axtarır” –