Sosial şəbəkələrdə yol polisinin xidməti avtomobilinin üzərinə çıxan şəxslə bağlı məhkəmənin qərarı ilə inzibati tənbeh tədbiri tətbiq edilib.  Fotoşəkillər sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra Nərimanov Rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nəsimi rayon sakini, 1999-cü il təvəllüdlü Nicat Mustafayev müəyyən olunaraq saxlanılıb. Nərimanov RPİ-də N.Mustafayev barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.