“Polis üzərinə qoyulan vəzifələri yerinə yetirməklə məşğuldur” - Ziyafət Əsgərov
“Polis hər şeydən əvvəl Azərbaycan vətəndaşı və dövlətin nümayəndəsidir. Polis üzərinə qoyulan vəzifələri yerinə yetirməklə məşğuldur”.
Bunu “Report”a müsahibəsində Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Yasamal hadisəsinə münasibət bildirərkən deyib.
O xatırladıb ki, hökumət iyunun 6-dan 8-i saat 6:00-dək ölkənin iri şəhərlərində sərt karantin rejiminin tətbiq olunması ilə bağlı qərar qəbul etmişdi və polis də həmin qərarın icrasına nəzarətlə məşğul olub:
“Çox arzulayardım ki, vətəndaşlar öz məsuliyyətlərini dərk etsinlər və başa düşsünlər ki, belə hərəkətlərə görə Milli Məclis inzibati və cinayət məsuliyyəti müəyyən edib. COVID-19-la bağlı bütün vətəndaşlar qoyulan qaydalara əməl etməlidir. Bu, hər şeydən əvvəl qayda-qanunu pozanların özü üçün lazımdır ki, özləri və yaxınları buna yoluxmasın. Polisin də işi ondan ibarətdir ki, hökumətin qəbul etdiyi qərarın icra olunmasına nəzarət etsin”.
Komitə sədri bildirib ki, sərt karantin rejimi qaydalarına ümumən vətəndaşlar çox böyük intizamla əməl edib:
“Ancaq bəzi istisna hallarda var. Biz sərt karantin rejimini tətbiq edən yeganə ölkə deyilik. Bizə qədər Türkiyə, Gürcüstan və digər ölkələr də tətbiq edib. Bunun müsbət nəticələrini də görüblər”.
Əlaqəli xəbərlər
-
26 ziyalı Prezident İlham Əliyevə müraciət etdi - 2027-ci il “Azərbaycan dili ili” elan edilsin
-
Əli Əsədovun 70 yaşı tamam olur - “Şərəf” ordeni ilə təltif edildi / SƏRƏNCAM
-
İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
-
Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycan nümayəndələri ilə görüşüb
Növbəti xəbər yüklənir...