Populyar “Klon” serialının qəhrəmanları 20 il sonra –

FOTOLAR
07 İyul 2020 - 09:48

Bir zamanlar ailəliklə izlənilən məşhur serialın aktyorlarının fotoları hər kəsin diqqətini çəkib. Söhbət “Klon” serialından gedir.

Çəkilişindən bir neçə il sonra Azərbaycanda da nümayiş olunmağa başlayan serialın qəhrəmanları qısa zamanda hər kəsin sevimlisinə çevrildi. Müxtəlif obrazlarına görə fərqlənən “Klon” bu gün də izləyicilərinin yadındadır.

Ötən gün sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən fotolar görənləri heyrətə salıb. Aktyorların illər öncə seiralın çəkilişləri zamanı görüntülənən fotoları ilə indiki halları qarşılaşdırılıb.

Qeyd edək ki, 2001-ci ildə Braziliyada nümayişə girən “Klon” teleserialı Şərq-Qərb fərqlilikləri, narkomaniya və insanın klonlaşdırılması kimi üç böyük mövzuyla dünyanın ən məşhur seriallarından birinə çevrildi. 2010-cu ildə Braziliyada serialın remeyki, yəni başqa aktyorlarla ikinci variantı çəkilsə də, gözlənilən uğuru əldə etmədi.

Lent.az sizə ssenarisi Qloriya Peresə, rejissor işi Jayme Monjardinə aid olan “Klon” teleserialının qəhrəmanlarının illər sonrakı fotolarını təqdim edir.