Cənubi Koreyada dövlət antikorrupsiya agentliyinin müstəntiqləri dövlət başçısı Yun Sok Yolu qiyam ittihamı ilə həbs etmək üçün prezident iqamətgahına gedib.
Bu barədə “Yonhap” agentliyi yazıb.
İstintaq qrupunun nümayəndəsi bildirib ki, iqamətgahı qoruyan əsgərlər müstəntiqlərə Sok Yolun həbsinə dair orderi icra etməyə mane olurlar.
Bu səbəbdən də Yun Sok Yola qarşı həbs qərarının icrasının təhlükəsizlik səbəbi ilə dayandırılması qərara alınıb.
Bildirilib ki, davam edən qarşıdurma səbəbindən həbs qərarının icrasının faktiki olaraq qeyri-mümkün olduğu qənaətinə gəlinib.
O da qeyd olunur ki, dövlət başçısını həbs etmək üçün hadisə yerinə gələn zabitlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən orderin icrası dayandırılıb.