Putin 3 yaşdan 7 yaşadək olan uşaqlara aylıq pul verilməsini təklif edib - QƏRAR
Rusiya prezidenti Vladimir Putin ölkədə 3 yaşdan 7 yaşadək olan hər bir uşağa aylıq pul ödənilməsini təklif edib.
Azpost.info bildirir ki, bu barədə Putin Federal Məclisə illik müraciətində çıxışı zamanı bəyan edib. O bu məbləğin 1 yanvar 2020-ci ildən verilməsini vacib sayıb.
Prezident az gəliri olan ailələrin problemlərinə toxunub. Onun sözlərinə görə, əgər gəlirlər aşağıdırsa o zaman ailə birinici və ikinci uşağa görə, əlavə müavinət almalıdır. Bu ortalama 11 min rubl təşkil edir.
Putin deyib ki, Rusiyada azgəlirli ailələrin 80 faizi uşaqlı ailələrdir: “Bizim demoqrafik gələcəyimizə böyük təhlükə yaradan kəskin problem ailələrin aşağı gəlirləridir. Çox vaxt hər iki valideyn işləsə də qazancları çox aşağı olur” –deyə Putin bildirib.
Əlaqəli xəbərlər
-
"Rusiya TRIPP layihəsini qəbul etmədi" – Ermənistanın keçmiş təhlükəsizlik katibindən açıqlama
-
Çubays Rusiyanın iqtisadi gələcəyini açıqladı - "10 il fəlakət olmayacaq"
-
İslam Kərimovun qızını müsadirə edilmiş milyonları ölkəsinə qaytarılır
-
Ukrayna ilə bağlı danışıqlara Avropa da qoşulur – Fon der Lyayen açıqladı
Növbəti xəbər yüklənir...