Pyer Rişar Putinə müraciət etdi:"Ukraynanın işğalı məni daxildən sarsıdır" (VİDEO)

Məşhur fransız aktyoru və rejissoru Pyer Rişar Rusiya prezidenti Vladimir Putinə videomüraciət ünvanlayıb.

O, Rusiyanın Ukraynada başlatdığı müharibəni pisləyib.

Videomüraciəti Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko öz “YouTube” kanalında dərc edib.

“Cənab prezident, mən Rusiyanı yaxşı tanıyıram, xalqını yaxşı tanıyıram, onu sevirəm. Ukraynanı da yaxşı tanıyıram, ölkəni və xalqını da sevirəm. Rusiya ordusunun Ukraynanı necə işğal etməsi məni daxildən sarsıdır. Bu, artıq qırğına çevrilmiş bir işğaldır. Hətta mən deyərdim ki barbarcasına bir işğaldır. Çünki qadınların, uşaqların və mülki şəxslərin öldürülməsinə haqq qazandıracaq heç bir şey yoxdur. Bu, sadəcə olaraq dəhşətlidir” – kinorejissor bəyan edib.

Rişar qeyd edib ki, hər gün Ukraynadan gələn xəbərləri izləyir və dağıdılmış şəhərlərin, öldürülən insanların fotolarına sakitcə baxa bilmir.

“Hər gün xəbərləri izləyirəm. Bu emosiyalar məni daha çox sarsıdır”, – deyə fransız sənətçi qeyd edib.

 

Əvvəlki məqalə

“WhatsApp” sosial şəbəkəyə çevrilir

Sonrakı məqalə

Şeyxülislam İstanbulda Ayasofya Fatih Mədrəsəsinin açılışında iştirak edib –