“Qərb Belarus və Rusiyanı təcrid edir”- Təhlükəsizlik Şurasının katibi

Qərb ölkələri Minsk və Moskvaya qarşı hibrid müharibənin bir hissəsi olaraq viza rejimlərini sərtləşdirir və sərhədləri bağlayır.

Azpost.info xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.

“Bu, miqrasiya böhranıdır, yük və dəmir yolu nəqliyyatının ölkəyə girişinə qadağa qoyularaq nəzarət-buraxılış məntəqələrində çökmənin yaranmasıdır. Ümumiyyətlə, dəmir yolu nəqliyyatı bu gün artıq Avropaya getmir. Bu gün Qərb tərəfindən belə bir hibrid müharibə başlayıb”, – Volfoviç bildirib.

Onun sözlərinə görə, Qərb ölkələrinin rəhbərliyi viza rejimini sərtləşdirmək və sərhədləri bağlamaqla Belarus və Rusiya sakinlərini təcrid etmək istəyir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.