Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib. Bankdan verilən xəbərə görə, qan ehtiyacları davamlı olduğundan hazırda 0 (l) Rh- (mənfi 1), A (ll) Rh- (mənfi 2) və AB (lV) Rh- (mənfi 4) qan qruplarından olan qan ehtiyatları tamamilə azalıb. Bankın vətəndaşlara müraciətində deyilir: “Qan ehtiyacı olan vətəndaşlarımızı davamlı qanla təmin etmək üçün sənə ehtiyacımız var. Könüllü qan donoru ol və həyat qurtaran dostlarımız arasına qatıl”. Ünvan: Mərkəzi Qan Bankı, Feyzulla Qasımzadə küçəsi 65 Telefonlar: 907 +99412 440 65 86 +99412 440 78 50 +99412 441 66 52.