“Qarabağ danışıqları dayandırılmalıdır, qərar vermək zamanıdır” –Etibar Məmmədov bəyanat verdi

C

AMİP lideri Etibar Məmmədov Tovuzda baş verən hərbi əməliyyatla bağlı bəyanat verib.

Bəyanatda deyilir:

Dünəndən etibarən Ermənistan hərbi birləşmlərinin Azərbaycan-Ermənistan sərhəddi boyunca Tovuz istiqamətində mövqelərimizin ələ keçirilməsi məqsədilə hücuma keçməsi nəticəsində üç əsgərimiz şəhid olmuşdur. Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaxınlarına və bütün xalqımıza baş sağlığı verirəm.

Bunlar bir daha onu göstərir ki, danışıqlar prossesinin perspektivi yoxdur. Aparılan danışıqlar dayandırılmalı və işğal olunmuş torpaqlarımızın düşməndən təmizlənməsi üçün əməliyyatlar keçirilməlidir.

Artıq gözləməyə vaxt yoxdur və qərar vermək zamanıdır. Bütövlükdə xalqımız da bu qərarı səbirsizliklə gözləyir. Mən inanıram ki, bu istiqamətdə addımların atılacağı halda hər bir Azərbaycan vətəndaşı da sonacan ordumuzun və əsgərimizin arxasında olacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Yerevan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyir” –

Sonrakı məqalə

“Şəhidlərə görə təəssüflənir, tərəfləri təmkinli olmağa dəvət edirik”