Premyer Liqaya hazırlıqlarını davam etdirən "Qarabağ"  bu gün "Sabah"la yoxlama oyunu keçirib. Qol.az xəbər verir ki,  "Sabah"ın meydanında keçirilən görüş Ağdam təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb - 5:0 Bu, koronavirus səbəbindən yaranan fasilədən sonra ilk matç olub.
Qeyd edək ki, "Qarabağ"ın iyunun 14-ü "Səbail"lə yoxlama oyunu planlaşdırılıb. 9 iyun Yoxlama oyunu "Sabah" - "Qarabağ" - 0:5 Qollar: Mahir Emreli, 3, Xayme Romero, 14, Filip Ozobiç, 36, Mahir Emreli, 65, Ovusu Kvabena, 90