Qarabağ” yeni futbolçu transfer etmək istəyir

“Qarabağ” qış transfer pəncərəsində heyətinə yeni futbolçu cəlb etməyi düşünür.

Bu barədə “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Bakıda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

“Heyətimizə yeni oyunçu transfer etmək ehtimalı var. Amma bu barədə dəqiq məlumat yoxdur”, – deyə mütəxəssis bildirib.

Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.