Qarabağla bağlı Rusiya-Türkiyə danışıqları bu gün davam edəcək

14 Noyabr 2020 - 00:21

Dağlıq Qarabağda əldə edilən atəşkəs razılaşmasından sonra görüləcək işlərlə Ankaraya səfər edən Rusiya nümayəndə heyətinin dünənki  danışıqları başa çatıb.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Dağlıq Qarabağda əldə edilən atəşkəs razılaşmasından sonra Türkiyə və Rusiya hərbi heyətinin birgə texniki fəaliyyətinə dair məsələlər bu gün də müzakirə olunacaq.

Qeyd edək ki, bu gün Ankaraya Rusiyadan 20 nəfərlik iki heyət gəlib. Heyətlərdən biri İdlib  daxil olmaqla Suriyadakı, digəri isə Qarabağdakı vəziyyəti türk hərbi heyətlə birgə müzakirə ediblər.

Heytələr öncə Türkiyə Xarici İşlər nazirinin müavini Sedat Önalla görüşüblər.