“Qayınana” və “Hicran” tamaşaları yenidən səhnəyə qoyulur

Mərhum Xalq artisti Nəsibə Zeynalovanın möhürünü vurduğu “Qayınana” və “Hicran” tamaşaları uzun fasilədən sonra yenidən səhnəyə qoyulacaq.

Bunu Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev teatrın kollektivi və Mədəniyyət Nazirliyinin əməkdaşları ilə birlikdə sənətkarın Fəxri xiyabandakı məzarını ziyarət edərkən bildirib.

“Bu yaxınlarda “Qayınana” tamaşasının məşqlərinə başlayacağıq. Sevimli “Qayınana”nı Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda səhnədə yenidən görəcəyik”, – o deyib.

Lalayevin sözlərinə görə, teatrsevərlər, həmçinin “Hicran” musiqili komediyasını yenidən səhnədə görəcəklər. Sözügedən tamaşanın quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimovdur. (Qafqazinfo)

Əvvəlki məqalə

“Niyə Zelenskiyə bizim təkliflər barədə məlumat verilmir?” –

Sonrakı məqalə

“Sərsəng su anbarının idarəsi dərhal Azərbaycana verilməlidir” –