“Qeyri-qanuni miqrasiya ABŞ-ı məhvə aparır”- KARLSON

“ABŞ-a qeyri-qanuni miqrasiya ölkə tarixində ən yüksək səviyyədədir”.

Azpost.info xəbər verir ki, bunu “FOX News” telekanalının keçmiş aparıcısı, Putindən müsahibə alan amerikalı jurnalist Taker Karlson deyib.

Onun sözlərinə görə, miqrant axını ABŞ-ı məhv edir.

“Son 15 ildə bura qeyri-qanuni yollarla on milyonlarla insan gəlib və onların heç biri buradan getməyəcək. Əsasən planetin ən kasıb ölkələrindən gəlirlər. Onlar haqqında heç nə bilmirik. Bu, Amerikanı məhv edir”, – jurnalist bildirib.

Karlson əlavə edib ki, nə ABŞ rəhbərliyi, nə də amerikalıların özləri problemin həlli üçün heç nə etmir. Jurnalistin fikrincə, hakimiyyət sərhədləri qəsdən miqrantların üzünə açır.

“ABŞ vətəndaşlarını orduya qoşulmağa təşviq edilən əcnəbilər əvəz edir”, – o deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.