Qazaxıstanda 2019-cu ildə 21 nəfər qızılcanın qurbanı olub. Trend-in məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Jandarbek Bekşin brifinq zamanı deyib. O bildirib ki, xəstəlikdən ölənlərin 19 nəfəri uşaq olub. Nazirlik nümayəndəsinin sözlərinə əsasən, ölənlər qızılcadan peyvənd olmayıblar. Qeyd olunur ki, ölkədə qızılcaya qarşı peyvəndin aparılması üçün 2 milyondan çox vaksin əldə olunub.