Qida tullantılarından ucuz quş yemi hazırlanıb –Broyler istehsalçılarına xoş xəbər

Qida tullantılarından hazırlanan yeni toyuq yemi quşçuluqda xərcləri əhəmiyyətli dərəcədə azalada bilər.

Azpost.info bildirir ki, bu barədə Avstraliya alimlərinin yeni araşdırmasında deyilir. Məlumatı “New England” (Yeni İngiltərə) Universitetinin (UNE) mətbuat xidməti yayıb.

Təcrübə üçün lazım olan qida tullantıları pivə zavodları, xəstəxanalar, qocalar evləri və otellərdən toplanıb. Tullantı məhsulları “Food Recycle” şirkətinə məxsus patentləşdirilmiş istehsal prosesindən istifadə edərək  quşların yeyə biləcəyi  dənəvər toz halına gətirilib.

Geniş sınaqdan sonra tədqiqatçılar müəyyən ediblər ki, bu qida yumurtaların keyfiyyətinə və heyvanların sağlamlığına və ya rifahına təsir etmir. “Soya unu kimi malların artan qiyməti və quş ətinə artan tələbat quşçuluq sənayesini alternativ yem maddələrini axtarmağa vadar edib” -deyə araşdırma müəlliflərindən olan Txi Xiep Dao bildirib.

Mütəxəssislərin fikrincə, quşçuluq xərclərinin 65%-i yem alınmasının payına düşür.

Tullantılardan hazırlanan yemə keçidin nəinki yumurta və ətin maya dəyərini azaldacaq, eyni zamanda həm də istixana qazı emissiyalarını müvafiq olaraq 76% və 25% azaldacağı gözlənilir.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası çatdırılıb

Sonrakı məqalə

Türkiyədə raket zavodunda partlayış olub, ölənlər var