Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinlə necə tanış olduğunu açıqlayıb. Bu barədə R.Kadırov “Instagram” hesabında canlı yayım zamanı bildirib. O, Rusiya prezidenti ilə ilk dəfə 2000-ci ildə görüşdüyünü söyləyib. R.Kadırov qeyd edib ki, o zaman onları atası Əhməd Kadırov tanış edib. “Böyük ölkənin böyük prezidenti ilə ilk tanışlıq Soçidə baş tutmuşdu”, - deyə R.Kadırov vurğulayıb.