Çeçenistan rəhbərinin oğlu Adam Kadırov yol-nəqliyyat hadisəsindən sonra Qroznıda xəstəxanaya yerləşdirilib.
Bu barədə “Kavkaz.Realii” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Kadırovun yerləşdirildiyi xəstəxanaya gedən yollar bağlanıb.
Qeyd olunur ki, Adam Kadırovun korteji yüksək sürətlə, avtomobillər ard-arda hərəkət edərkən qəfil maneə ilə üzləşib.
Nəticədə avtomobillər bir-birinə çırpılıb. Xəsarət alanların digər şəxslərin də olduğu vurğulanır. /APA/
AzPost bildirir ki, Çeçen müxalifət nəşrləri Kadırovun kiçik oğlunun avtomobil qəzasında ağır yaralandığını bildirirlər. Qroznıya giriş bağlanıb.
Adam Kadırovun reanimasiyada olduğu və Moskvaya daşınmağa hazırlandığı güman edilir. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Qəzada çoxsaylı itkilər olduğu iddia edilir: Kadırovun korteji yüksək sürətlə hərəkət edib. Yolda qəfil maneə yarandığı üçün maşınlar bir-birinə çırpılmağa başlayıb.
Bu məlumatın hələlik rəsmi təsdiqi yoxdur.