Rejissorun ağlaya-ağlaya çəkdiyi “Şindlerin siyahısı” –Qoca yəhudi faşisti oynayan aktyoru görəndə niyə qorxub? (FOTO)

İkinci dünya müharibəsinin ağır xatirəsini əks etdirən məşhur Hollivud filmi “Şindlerin siyahısı” 1993-cü ildə ekrana çıxıb.  Rejissor və prodüser Stiven Spilberqin çəkdiyi bu filmin çəkiliş prosesi barədə barədə maraqlı faktlar var. 
Azpost.info bildirir ki, jurnalist Anar Tağıyev bu maraqlı məqamları toplayaraq sosial şəbəkədə səhifəsində paylaşıb.
Stiven Spilberq filmə görə pul almayıb. O, bunun “qan pulu” olacağını deyərək imtina edib.
Filmin bir hissəsi Krakov gettosunda şəkilib. Stiven Spilberq rejissor Roman Polanskiyə birlikdə işləməyi təklif edib. Polanski bundan imtina edib, çünki o, hələ əqli cəhətdən hazır deyildi. Çox adam bilmir, amma o, 8 yaşına qədər Krakov gettosunda yaşayıb. O, müharibənin sonuna qədər polşalı ailələrin himayəsində olub. Polanskinin anası Osvensim həbs düşərgəsində dünyasını dəyişib. Polanski özü daha sonra Holokost filmi olan “Pianoçu” filminin (2002) rejissoru oldu.
Holokostda sağ çıxa bilmiş yəhudilərdən biri Mila Pfefferberq düşərgə rəisi olan qəddar faşist zabiti rolunu oynayan aktyor Ralf Faynsın əsl personaja bənzəməsindən şoka düşür, əlləri titrəyir və hətta kəkələyir.
Stiven Spielberq Auşvits daxilində çəkiliş aparmaq üçün icazə ala bilərdi, lakin qurbanlara hörmət edərək bunu etməyib. Bütün səhnələr düşərgənin yanında yerləşən xüsusi tikilmiş yerdə lentə alınıb. “Şindlerin yəhudiləri”nin orijinal siyahısı 1999-cu ildə Şindlerin Xildeshaymda mənzilindəki çardaqda sənədləri ilə birlikdə bir çamadanda tapılıb. Siyahı Oskar Şindler həyatının son illərində, 1974-cü ildə vəfat edənə qədər orada qalıb.
Stiven Spilberq bəstəkar Con Uilyamsa filmin son hissəsini ilk dəfə göstərəndə Ulyams o qədər təsirlənir ki, özünü toparlamaq üçün gəzintiyə çıxmalı olur. Geri qayıdandan sonra Uilyams Spilberqə daha yaxşı bəstəkara layiq olduğunu söyləyib. Spilberq “Bilirəm, amma onların hamısı artıq ölüb” – cavab verib.
Stiven Spilberq əhvalını yaxşılaşdırmaq üçün hər gün çəkilişdən sonra “Seinfeld” (1989) serialına baxırdı.
“Şhindlerin siyahısı” filmindən əvvəl Spilberqdən “Yura dövrünün Parkı” (1993) filmini çəkməsi tələb olunurdu. Bu, studiya tərəfindən qəsdən edilib, çünki rejissor əvvəlcə “Şindlerin siyahısı”nı çəksəydi, sonradan “Yura dövrünün parkı”nı çəkə bilməyəcək qədər arıqlamışdı.
Stiven Spilberq bu filmlə bağlı hər hansı avtoqrafı imzalamaqdan imtina edir.
Kostyum dizayneri film üçün 20 000 əlavə üçün paltar toplamaq üçün reklam yerləşdirmişdi. Polşa o zaman iqtisadi böhran içində olduğundan, bir çox insan 1930-40-cı illərdən qalan paltarları satmağa razı olur, əşyaların çoxu da belə alınır.
Çəkiliş zamanı atmosfer o qədər ağır olub ki, Stiven Spilberq hətta dostu Robin Uilyamsdan bir az əylənmək üçün xüsusi olaraq bəzi komediya eskizləri çəkməsini xahiş edib.
Prodüser kimi Stiven Spilberq filmi gerçəkləşdirə bilməyəcəyindən qorxaraq, əvvəlcə çəkilişləri başqasının idarə etməsini istəyirdi.
Film çəkdikdən sonra Liam Nison (“Şindler” rolunu ifa edən) və Ralf Fayns (Qott) çox yaxşı dost oldular.
Yəhudilərin kiminsə qəbrini ziyarət edərkən hörmət əlaməti olaraq kiçik bir daş qoyması ənənəsi var. Bu, aktyorların və “Şindlerin yəhudiləri”nin Oskar Şindlerin məzarını daşlarla örtdüyü epiloqu izah edir. Son anlarda çiçəyi daşların üstünə qoyan adam bəzilərinin düşündüyü kimi Stiven Spilberq deyil, Liam Nisondur.
Film Filippində nümayiş etdiriləndə senzuralar bəzi açıq-saçıq və zorakılıq səhnələrini kəsmək qərarına gəldilər. Stiven Spilberq bundan xəbər tutanda filmin ümumiyyətlə nümayiş etdirilməməsini və ya olduğu kimi qalmasını tələb edib. Filippin Prezidenti Fidel Ramos işə qarışaraq senzuranı ləğv edib. Film heç bir dəyişiklik olmadan nümayiş etdirilib.
Filmin təxminən 40%-i əl kamerası ilə çəkilib.
Epiloqda bütün aktyorlar filmdə canlandırdıqları real həyatda “Şindlerin yəhudiləri”ni müşayiət edirlər.
Kevin Kostner və Mel Qibson Şindler rolunu oynamağı təklif edirlər, lakin Stiven Spilberq daha az tanınan aktyoru əsas ulduz kimi götürməyə qərar verib, avropalı aktyorlardan da imtina etmək qərarına gəlib.
Əvvəlki məqalə

Ötən ay dövlət sərhədi necə qorunub? –

Sonrakı məqalə

Mərkəzi Bankın yeni sədri ilk dəfə bank rəhbərləri ilə görüşəcək