Rusiya dekabrın 24-dən etibarən 12 Azərbaycan müəssisəsindən pomidor idxalına qoyduğu məhdudiyyəti ləğv edib. Bu barədə Rosselxoznadzor Federal Xidmətinin direktorunun müavini Anton Karamzin bildirib . Onun sözlərinə görə, pomidor idxalına qoyulan məhdudiyyətin ləğvi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müraciətinə baxılması və həmin qurumun zəmanəti nəticəsində olub.