Rusiya Qarabağdakı sülhməramlıların dislokasiya xəritəsini yaydı

Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağda yerləşəcək rus sülhməramlılarının dislokasiya xəritəsini yayıb.

Azpost.info bildirir ki, Nazirliyin məlumatına görə, Laçın dəhlizi boyu 16 müşahidə məntəqəsi yaradılacaq.

Rusiya Baş Qərargahının operativ idarəsinin rəhbəri Sergey Rudskoy bildirib ki, sülhməramlılar BTR,zirehli avtomobillərlə təzhiz edilib.

“Sülhməramlı əməliyyatların keçirləcəyi rayonda hərbi polis hissələri tapşrıq icra edəcək. Onlar təmas xətti boyu avtomobil karvanı və yükləri üçün patrul xidmətini həyata keçirəcəklər”.

Rudskoy deyib ki, azərbaycanlı və erməni hərbiçilərlə artıq rabitə əlaqəsi yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Torpaqlar təqdim edilmiş cədvəl əsasında Azərbaycana qaytarılacaq” –

Sonrakı məqalə

“Qazaxın işğal altında olan kəndləri noyabrın 20-dək Azərbaycana qaytarılacaq” –