Rusiyanın “Urals” neftini daşıyan “Ligera” supertankeri Venesuelaya çatıb.
Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” gəmiizləmə sisteminin məlumatlarına istinadən yazır.
Agentliyin məlumatına görə, Rusiya son 5 ildə ilk dəfə olaraq Venesuelaya neft tədarük edib. Ümumi tədarük 1,7 milyon barel səviyyəsində qiymətləndirilir.
Ekspertlər qeyd edirlər ki, Venesuela müntəzəm olaraq xarici neft alır. Hazır məhsullar başqa ölkələrə ixrac olunur.
Bu texnika ABŞ hökumətinin Karakasa qarşı tətbiq etdiyi sanksiyalardan yan keçməyə imkan verir. “Urals” neftindən də bu məqsədlər üçün istifadə ediləcəyi güman edilir.
Venesuela prezidenti Nikolas Maduro bu yaxınlarda ölkənin tezliklə BRİKS-ə qoşulmaq niyyətində olduğunu bildirib.
Azpost.info