Rusiya XİN Tovuzdakı döyüşlə bağlı bəyanat verdi:“Tərəfləri atəşkəsə ciddi riayət etməyə çağırırıq”

“Moskva Ermənistan-Azərbaycan sərhəddində vəziyyətin kəskinləşməsindən ciddi narahatdır və sabitliyin yaradılması üçün bütün lazımi yardımı göstərməyə hazırdır”.

Azpost.info bildirir ki, bu barədə Rusiya XİN-in yayıdğı bəyanatda deyilir.

Rusiya XİN 12 iyulda sərhəddə vəziyyətin kəskin şəkildə gərginləşməsindən ciddi narahatlığını bildirir. Daxil olan məlumata görə, hərbi əməliyyatlar davam edir. Artilleriyadan istifadə olunur. Ölənlər və yaralananlar var. Həlak olanların əzizlərinə və yaxınlarına başsağlığı veririk”.

Moskva hesab edir ki, regionun təhlükəsizliyini təhdid edən vəziyyətin bundan sonra da gərginləşməsi yolverilməzdir: “Tərəfləri təmkinli olmağa və atəşkəs rejiminin prinsiplərinə ciddi riayət etməyə çağırırq. Rusiya XİN öz tərəfindən vəziyyətin sabitləşməsi üçün lazım olan bütün yardımı göstərməyə hazırdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Düşmən təxribatlarını həm də sosial şəbəkələr vasitəsi ilə həyata keçirməyə çalışır”

Sonrakı məqalə

Sabah hava necə olacaq?