Rusiyada bir gündə 10 min adam koronavirusa yoluxub
Rusiyada son bir gündə 10 633 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 134 687 nəfərə çatıb. Virusa yoluxanların yarısından çoxunda koronavirusun simptomları müşahidə edilməyib. Ölkədə virusdan ölənlərin sayı isə 58 nəfər artaraq 1 280-ə yüksəlib.
Ən çox yoluxma halı Tatarıstan, Başqırdıstan və Leninqrad bölgəsində qeydə alınıb. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 16 026 nəfər sağalıb.
Əlaqəli xəbərlər
-
Zelenski Krım körpüsünün tam dağıdılmasını istəyir - Ukrayna yeni hücum hazırlayır
-
İran 3 yeni mini PUA-larını təqdim etdi -FOTO
-
Şimali Koreya Rusiyaya hərbi dəstəyi dayandırdı - Kim Çen In Putinə niyə narazıdır?
-
Ukraynanın dəniz hücumları Avropada narazılıq yaratdı – İtaliya və Almaniyadan xəbərdarlıq
Növbəti xəbər yüklənir...