Rusiyada bombardmançı təyyarələri yandırmaq istəyən yeniyetmələr həbs edilib

İrkutsk vilayətində üç yeniyetmə iki TU-22M bombardmançı təyyarəsini yandırmağa cəhd etdikləri həbs olunub. Onlar terror aktında ittiham olunur.

Azpost.info “Baza” teleqram kanalına istinadən bildirir ki, yeniyetmələr sentyabrın 18-də saxlanılıb.

İstintaqın məlumatına görə, 17 yaşlı Tamerlan X., 15 yaşlı Zaxar Ş və 17 yaşlı İvan N. Usolski rayonundakı hərbi aerodroma soxularaq iki TU-22M təyyarəsini yandırmağı planlaşdırıblar.

“Baza”nın məlumatına görə, məhbuslardan birinin qardaşı 2024-cü ilin yazında Ukrayna ilə müharibəyə gedib.  gedib.

Yeniyetmələr istintaq təcridxanasındadırlar. Terror maddəsinə əsasən onları 20 ilə qədər həbs cəzası gözləyir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.