Rusiyada məhkəmə binasında atışma olub. “Report” xəbər verir ki, bu barədə TASS fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, hadisə Kemerovo vilayətində, Novokuznetskdə baş verib. Hadisə zamanı 2 nəfər – bir qadın və bir kişi xəsarət alıb. “Kişi təcili yardım maşınında ölüb. O, ağır vəziyyətdə idi”, - hüquq mühafizə orqanlarından bildirilib. Qeyd edilir ki, hadisəni törədən şəxs saxlanılıb.