Rusiyada məsafədən idarəli gəmilər yaradılacaq
Rusiyada peyk vasitəsilə idarə olunan gəmilərin istifadə olunması üçün müvafiq hüquqi sənədlərin hazırlanmasına başlanılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyinin rəhbəri Aleksandr Poşivay bildirib.
İdarə başçısının dediyinə görə, GloNaSS (Global Navigation Satellite System – Dünya Gəmiçilik Peyk Sistemi) sistemi əsasında, heyətsiz idarə olunacaq gəmilərin sınanması üçün mütəxəssislərin iştirakı ilə sahə ayırmaq işləri görülür. Belə gəmilərin elektron avadanlığı və proqram təminatının da Rusiyada hazırlandığı qeyd olunub.
Yeni hüquqi qaydaların 2021-ci ilin mart ayında qüvvəyə minəcəyi gözlənilir.
Əlaqəli xəbərlər
-
Zelenski Krım körpüsünün tam dağıdılmasını istəyir - Ukrayna yeni hücum hazırlayır
-
İran 3 yeni mini PUA-larını təqdim etdi -FOTO
-
Şimali Koreya Rusiyaya hərbi dəstəyi dayandırdı - Kim Çen In Putinə niyə narazıdır?
-
Ukraynanın dəniz hücumları Avropada narazılıq yaratdı – İtaliya və Almaniyadan xəbərdarlıq
Növbəti xəbər yüklənir...