Rusiyada qatarın relsdən çıxması nəticəsində 50 nəfər xəsarət alıb

Rusiyanın Komi respublikasında sərnişin qatarının relsdən çıxması nəticəsində təxminən 50 nəfər xəsarət alıb.

Bu barədə çərşənbə günü fövqəladə xidmət “İnterfaks”a məlumat verib.

“50-yə qədər insan hadisə yerində kömək üçün həkimlərə müraciət edib”, – deyə təcili yardım xidmətləri bildirib.

İyunun 26-da axşam saatlarında Vorkuta-Novorossiysk sərnişin qatarının 14 vaqonundan 9-u relsdən çıxıb. “Rusiya Dəmir Yolları” QSC-nin məlumatına görə, onların içərisində 232 sərnişin olub.

İlkin məlumata görə, vaqonun relsdən çıxması nəticəsində ölən olmayıb.

Rusiya Dəmir Yolları izah edir ki, hadisənin ilkin səbəbi güclü yağış nəticəsində zədələnmə olub.

 

Əvvəlki məqalə

Ukrayna qrupda qaldı –

Sonrakı məqalə

“Culianın sağalması üçün vaxt lazımdır” –