Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb –FOTOLAR

Moskvada Azərbaycanının xalq yazıçısı, görkəmli dramaturq Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb.

Vida mərasimi Mərkəzi Kino Evinin Böyük zalında keçirilir.

Vida mərasimində Azərbaycan və Rusiyanın tanınmış mədəniyyət xadimləri iştirak edirlər.

Qeyd edək ki, xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə 83 yaşında vəfat edib. O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Xatırladaq ki, Rüstəm İbrahimbəyovun nəşi dəfn olunmaq üçün vətənə martın 15-də aparılacaq. Xalq yazıçısının Bakıda dəfn olunacağı bildirilir. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şəmkirdə ana və 3 azyaşlı övladı itkin düşüb – FOTO

Sonrakı məqalə

“SEPAH” Ərbilə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb