Şəhidlər Xiyabanında hindli gənclərin hərəkəti ilə bağlı Səfirlik BƏYANAT verdi - "Azpost"un xəbərindən sonra XİN və Bakı Polisi araşdırmaya başlayıb
Hindistanın Azərbaycandakı səfirliyi bir qrup ölkə vətəndaşının Şəhidlər xiyabanında klip çəkdirməsinə münasibət bildirib.
Səfirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu cür davranışlar tərəfimizdən pislənilir.
"Hazırda diplomatik korpus məsələnin araşdırılması üçün Azərbaycan Xarici İşlər Nazirliyi və digər aidiyyəti qurumlarla birgə işləyir", - səfirlikdən vurğulanıb.
Qeyd edək ki, Azərbaycanda səfərdə olan bir qrup hindistanlı gənc musiqi sədaları altında Şəhidlər xiyabanında klip çəkdirib. Görüntülər sosial şəbəkələrdə və xəbər saytlarında yayılıb. Klipdə gənclərin qəbirlərin önündən ritmik mahnının sədaları altında qaçdıqları və rəqs etdikləri görünür. Məsələ ilə bağlı Səbail Rayon Polis İdarəsində araşdırma başlanılıb.
Xatırladaq ki, Azpost.info bu videonu ilk dəfə yayımlayaraq müvafiq qurumlardan məsələyə aydınlıq gətirilməsini istəmişdi.
Əlaqəli xəbərlər
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
-
Yeni iş yerlərinin 84 faizi Bakı və Abşeronda yaradılıb – Regionlarda niyə iş yoxdur? / TƏHLİL
-
Bakıda ev almaq, yoxsa kirayədə qalmaq sərfəlidir? – 6 rayonun qiymətlərini müqayisə etdik / ANALİZ
Növbəti xəbər yüklənir...