Şəhid baş leytenant Səid Rəşidzadənin barelyefinin açılışı olub

Nərimanov rayonu 207 nömrəli tam orta məktəbdə Vətən müharibəsi şəhidi, baş leytenant Səid Rəşidzadənin barelyefinin açılışı olub.

Tədbirdə Milli Məclisin deputatları, şəhidin yaxınları, Rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin sədrinin müavini Rəşad Məcid şəhid Səid Rəşidzadənin keçdiyi döyüş yolundan danışıb.

Milli Məclisin deputatları Adil Əliyev, Sabir Rüstəmxanlı və Aqil Abbas çıxışlarında 44 günlük Vətən müharibəsində qazanılan qələbədən bəhs edib, bu qələbənin şəhidlərin və qazilərin sayəsində əldə olunduğunu vurğulayıblar. Mərasimdə Vətən müharibəsinin qəhrəmanları, qazilər də çıxış ediblər.

Sonra məktəbin şagirdləri tərəfindən şəhid Səid Rəşidzadəyə həsr olunmuş kompozisiya təqdim olunub.

Qeyd edək ki, Səid Rəşidzadə oktyabrın 11-də Hadrut qəsəbəsində Azərbaycan Bayrağını yüksəkliyə sancan zaman şəhid olub. Füzuli rayonunda dəfn olunub. Ölümündən sonra “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən Uğrunda” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Kredit borcu olan sahibkarlarlara 60 mln. manatdan çox subsidiya odənilib

Sonrakı məqalə

Sabahın hava proqnozu açıqlanıb