Sabah Sumqayıtda bu ərazilərdə işıq olmayacaq

Sabah bir sıra ərazilərdə elektrik enerjisi kəsiləcək.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Sumqayıt RETSİ-nə (Regional Enerji Təchizatı və Satışı İdarəsi) daxil olan bir sıra ərazilərdə 110/10 Kv-luq “Sumqayıt-2” yarımstansiyasında həyata keçirilən profilaktik təmir işləri ilə əlaqədar oktyabrın 25-də elektrik xətləri sifarişə əsasən açılacaq.

 

Qeyd edilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək Sumqayıtda 6, 9, 10, 12, 13-cü mikrorayonlarda, 47, 48-ci məhəllədə, Yaşıldərə yaşayış massivində, Corat və Saray qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.