Sanksiyalardan kim daha çox əziyyət çəkir: Qərb, yoxsa Rusiya? –TƏHLİL

Rusiyanın Ukraynaya hücumu onu Qərbdə “izqoy”a çevirdi və nə İranın, nə Şimali Koreyanın, nə də Kuba və Venesuelanın görmədiyi sanksiyalarla üzləşdi. Altı ay keçdi. Avropa böhranla mübarizə aparır, Rusiya isə sabitliklə öyünür və ukraynalıları qətl etməkdə davam edir. Belə çıxır ki, sanksiyalar işləmir?

Bu məsələ ilə bağlı müxtəlif fikirlər var. Bəziləri deyir ki, sanksiya tomaqavkı artıq bumeranq kimi geri qayıdıb. Digərləri iddia edirlər ki, böyük oyunlarda önəmli olan kimin son güləcəydir.

Vladimir Putin deyir ki, “Rusiyaya qarşı iqtisadi blitskrieg (qəfil təzyiq-red.) iflasa uğradı” və Qərb sanksiyaları Avropada hakimiyyət dəyişikliyi ilə nəticələnəcək böhrana səbəb olub.

Qərb cavab verir ki, Rusiya iqtisadiyyatı birinci çökəcək, çünki o arxaikdir və xammaldır. Əsrlərlə olmasa da, onilliklər ərzində o tamamilə Qərb texnologiyasından, investisiyalarından və bazarlarından asılı olub. İndi o heç olmasa, illərlə onlardan uzaqlaşdırılıb.

Müharibə zamanı Rusiya iqtisadiyyatında nə baş verir?

Müharibə Qərb üçün yeganə başağrısı deyil. İnkişaf etmiş iqtisadiyyatlar pandemiyanın təsirlərindən, Çində və başqa yerlərdə istehsal və ticarətdə fasilələr, mərkəzi bankın faiz artımı və uzun müddət davam edən əmək bazarı problemlərindən, mühacirətdən, əhalinin qocalmasından, təbii resursların və qlobal istiləşmə böhranı ilə mübarizə aparmaq üçün iqtisadiyyatın yenidən qurulması üçün çatışmazlıqlardan əziyyət çəkirlər.

Bütün bu problemlərdən yalnız biri ağ-qaradır və aydındır: Rusiyanın Ukraynaya qarşı müharibəsi. Müharibədən sonra dünya nizamının normaları düzəldikdə təcavüzkarla heç kim dostluq və ticarət etmək istəmir.

Problem o qədər aydındır ki, 40-dan çox ölkə Rusiyaya qarşı sanksiyaları dəstəkləyib: yalnız ABŞ, Avropa İttifaqı və onların ən yaxın müttəfiqləri deyil, həmçinin Tayvan, Cənubi Koreya, İsveçrə və Albaniya kimi əvvəlki sanksiyalara qoşulmayan uzaq tərəfdaşlar da siyahıya daxildir.

Sanksiyaların tam siyahısı heyrətləndirir. Təkcə Avropa sanksiyaya məruz qalan rusların 30 milyard avroluq aktivlərini bloklayıb dondurdu və Rusiya Mərkəzi Bankını 300 milyard avroya yaxın qızıl-valyuta ehtiyatını çıxarmağı qadağan etdi. Qərb Rusiya almazlarından, neftindən və kömüründən imtina etdi. Rusiyanı dünya maliyyə sistemindən çıxardı, ona avadanlıq və dəbdəbə üçün olan malların satışını qadağan etdi, sərhədləri elita üçün bağladı, hesabları, yaxtaları və daşınmaz əmlakını həbs etdi.

Digər ölkələr – ilk növbədə Asiyanın iqtisadiyyat üzrə aparıcı ölkələri Çin və Hindistan sanksiyalara qoşulmayıb.

Lakin hakimiyyətin heç bir təzyiqi olmadan Rusiyadan qaçan Qərb şirkətləri kimi, bir çox asiyalı iş adamı da dünya iqtisadiyyatının cəmi 2 faizini təşkil edən Rusiya ilə əlaqələri davam etdirmək üçün Qərb bazarını itirmək riskinə girmək istəmir.

Kim daha çox əziyyət çəkir: Rusiya, yoxsa Qərb?

Beynəlxalq Valyuta Fondunun son hesablamalarına görə, iqtisadi qarşıdurmanın ilk ayları Rusiyanın xeyrinə yekunlaşıb. Rusiya iqtisadiyyatı gözləniləndən daha yaxşı nəticə ilə üzləşdi, lakin Avropa iqtisadiyyatı yazda düşünüldüyündən daha çox zərər çəkdi.

İki əsas səbəb: Rusiya tam embarqo olmadığından rekord qiymətlərə görə ixracatdan yaxşı pul qazanmağa davam etdi, daxili istehlak isə dövlət tənzimlənməsinin kütləvi şəkildə sərtləşdirilməsi sayəsinə o qədər də azalmadı.

Lakin Avropa bazar iqtisadiyyatı dərhal və gözləniləndən kəskin reaksiya verdi. Yüksək enerji qiymətləri və Çində COVID-19 məhdudiyyətləri də daxil olmaqla daimi tədarükdə fasilələr istehlakı da, istehsalı da zəiflətdi.

“Bu üstünlük ani və müvəqqətidir”, – iqtisadçılar xəbərdarlıq edir. Rusiyanın və ondan daha çox, onun okeanın digər tərəfindəki müttəfiqlərinin Avropadan qat-qat çox zərər görəcəyi proqnozlaşdırılır.

Qərb artıq iqtisadiyyatı yeni reallığa uyğunlaşdırır və onun ehtiyatda nəhəng resursları var – maliyyə, təbii, insan. O yalnız Rusiya ilə vidalaşır: inkişaf etməkdə olan dünyanın qalan hissəsi, o cümlədən nəhəng Çin və Hindistan inkişaf etmiş ölkələrlə ticarətini davam etdirir.

Lakin Rusiya ən zəngin bazarını, əsas texnologiya və pul mənbəyini itirir. İxracdan gələn gəlirlərdə müvəqqədi artım və toplanmış ehtiyatlar istehsal, idxal və istehlakda azalmaları pərdələyir. Bu, Avropa sanksiyalarının hələ tam gücü ilə tətbiq edilmədiyi bir şəraitdədir.

Avropa İttifaqı tərəfindən yaradılan Avropa Universitetləri İnstitutunun nəzdində Robert Şuman Araşdırma Mərkəzinin iqtisadçıları Qərbin Rusiyaya qarşı tam ticarət embarqosunun nəticələrini simulyasiya edərək Rusiya iqtisadiyyatında 14 faiz, Avropa iqtisadiyyatında isə 0,7 faiz, müttəfiqlərdə isə cəmi 0,2 faiz azalma izləyiblər.

Onlar hesab edirlər ki, zərər hər kəs üçün fərqlidir, lakin Qərb ölkələrindən heç biri Ümumi Daxili Məhsulun 1,6 faizindən çoxunu itirməyəcək.

Müqayisə üçün onlar daha 4 proqnoza istinad ediblər və modelləşdirmə hər birində oxşar nəticəyə gətirib çıxarıb: sanksiyalara məruz qalan Rusiyada real gəlirlərin və ixracın ÜDM-nin azalmasının miqyası Aİ, ABŞ və müttəfiqləri üçün analoji zərərdən bir neçə dəfə çox olacaq.

Sanksiyalara qoşulmayan ölkələr Rusiyanın Qərb tərəfdaşlarını əvəz etmək cəhdləri sayəsində müəyyən qədər qazanacaqlar. Bununla belə, iqtisadçılar Çin, Hindistan və Türkiyə təcrübələri əsasında hesablayıblar ki, Rusiya mallarının çatdırılması və ödənilməsi xərclərinin artması nəticədə bu gəliri heçə endirəcək.

Sanksiyalar işləyirmi?

Birincisi, sanksiyaların məqsədi nədir: Putinin hərbi mexanizmini uzunmüddətli perspektiv üçün zəiflətmək, yoxsa tezliklə barışıq əldə etmək? Qərb liderləri açıq-aydın deyirlər ki, onlar uzun müddətə oynayırlar.

Bundan əlavə, iqtisadçıların fikrincə, Rusiya müharibənin bir il və ya bir il yarım müddətində gəlirə sahib olacaq. Bu, o deməkdir ki, cəbhədəki vəziyyət sanksiyaların səmərəliliyinin əksi deyil.

İkincisi, vaxt. Maliyyə sanksiyaları dərhal tətbiq olundu, lakin ticarət sanksiyaları aylarla uzandı: Avropanın Rusiya kömürünün embarqosu yalnız indi, avqustda qüvvəyə mindi və neft embarqosu qışa qədər tamamilə təxirə salındı, üstəlik də tam deyil, çünki o boru kəməri təchizatına şamil edilmir.

Qərb rəsmiləri düşünürlər ki, nəticə çıxarmaq üçün hələ tezdir, məhdudiyyətlərin səmərəsi zamanla artacaq.

“Sanksiyalar Rusiyaya güclü iqtisadi təzyiq göstərir və o artır” deyən ABŞ dövlət katibi Antony Blinken: “Və Kreml iqtisadi sabitliyin mənzərəsini yaratmaq üçün əlindən gələni etsə də, sübutlar əksini göstərir. Sanksiyaların sarsıdıcı təsiri zaman keçdikcə artacaq və güclənəcək”.

Və sonra üçüncü sual yaranır – sanksiyaların miqyası. Qərb düzgün hərəkət etdi, çox uzağa getmədi, yoxsa əksinə, ciddiyyəti artırmadı?

Bu suala cavab vermək qeyri-mümkündür, çünki tarix böyük nüvə resursu olan dövlətə qarşı bu cür sanksiyaların tətbiqinin nəticəsi barədə təcrübəsizdir. Qərb qətiyyətlə tədqiq edilməmiş əraziyə daxil olub və indi növbəti addımları atmazdan və ya artıq atılmış addımları düzəltməzdən əvvəl nəticələrini diqqətlə qiymətləndirir.

Onun ehtiyatında əhəmiyyətli iqtisadi təzyiq arsenalı qalır. Bəzi siyasətçilər və iqtisadçılar bunun dərhal aktivləşdirilməsini tələb edirlər. Digərləri tələsməməyi tövsiyə edirlər.

Ehtiyatda olan iki əsas silah ikinci dərəcəli sanksiyalar və tam ticarət embarqosudur. İndiyə qədər Qərb Rusiyaya qarşı ikinci dərəcəli ekstraterritorial sanksiyalar tətbiq etməyib, yəni, məsələn, İranda olduğu kimi, üçüncü ölkələrdən cəza hədəsi altında onlara əməl etməyi tələb etməyib.

Tam ticarət embarqosu da hazırdır. Qərb Rusiyadan metallar, ərzaq məhsulları və ən əsası enerji resursları almağa davam edir. ABŞ, İngiltərə və bəzi müttəfiqlər Rusiyadan neft, qaz, kömür və neft məhsullarını almaqdan tamamilə imtina ediblər, lakin onlar bir az alıblar – bu, bir neçə faizdən çox olmayıb.

Amma Avropa yaxın illərdə Rusiyanın enerji daşıyıcılarını əvəz edə bilməyəcək. O, bütün istehlak olunan enerji resurslarının 55 faizdən çoxunu idxal edir və Rusiya əsas təchizatçıdır. Rusiya nefti, neft məhsulları, qaz və kömür Avropa istehlakının demək olar ki, 25 faizini əhatə edir.

Avropa Rusiyadan neft və qaza nə vaxt embarqo qoyacaq?

Nəticədə Rusiya neft və qaz ixracından gündə 1 milyard avroya qədər gəlir əldə edir. Müharibə başlayandan bəri, bəzi hesablamalara görə, təkcə Aİ Rusiyaya neft və qaza görə 80 milyard avrodan çox pul ödəyib.

İqtisadçılar Rusiyaya qarşı ticarət embarqosu olmadan maliyyə sanksiyalarının səmərəli olub-olmaması ilə bağlı razılığa gələ bilmirlər.

“Maliyyə sanksiyaları kapital idxal edən və cari hesab kəsiri olan ölkələrə qarşı daha yaxşı işləyir. 2018-ci ildə ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalarda olduğu kimi, onlarda böyük böhrana və iqtisadi tənəzzülə səbəb oldu. Rusiya ilə bu, işləməyəcək, çünki profisiti (gəlirin artması) var və özü də kapital ixracatçısıdır”, – maliyyə sahəsinin aparıcı qlobal assosiasiyası olan Beynəlxalq Maliyyə İnstitutunun (IIF) eksperti Robin Brooks deyir.

“Bizə maliyyə sanksiyaları əvəzinə, Rusiya ixracına embarqo lazımdır. Amma biz bunu tətbiq etmirik. İpə-sapa yatmaz Putin yoxdur, “Rusiya qalası” yoxdur. Sadəcə, onun ağrıyan yerinə vurmaq istəmirik”, – o etiraz edir.

Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzindən (CSIS) Jerar Dipippo xəbərdarlıq edir ki, Qərb Rusiya ixracatının yeganə alıcısı deyil və bu vəzifənin öhdəsindən gəlməyə bilər.

“Rusiyanı, məsələn, valyuta gəlirlərinin 30 faizdən məhrum edə bilsək belə, onun dolanışığını təmin etmək və hərbi xərcləri maliyyələşdirmək üçün kifayət qədər vəsaiti olacaq”, – deyə 11 il ərzində CİA-nın baş iqtisadi analitiki kimi çalışmış Dipippo deyir.

Bəziləri isə hətta baha başa gələn ixrac embarqosunu unudub Rusiya idxalına zərər verən maliyyə sanksiyalarının nəticələrini gözləməyi məsləhət görür. Onların arasında Rusiya üzrə mütəxəssis və İkinci Dünya müharibəsindən əvvəl sovet iqtisadiyyatı haqqında kitabın müəllifi, York Universitetinin iqtisadiyyat professoru Mark Harrison da var.

“Embarqolardan daha təsirli olan sanksiyalar var və onlar artıq işləyir. Biz ticarətin maliyyələşdirilməsinə və Rusiyaya idxala qadağadan, Qərb şirkətlərinin Rusiya bazarını tərk etməsinə qadağa qoyulmasından danışırıq”, – Harrison yazır və bunun səbəbini izah edir. İxrac gəlirləri Rusiyaya müharibəni maliyyələşdirmək üçün o qədər də kömək etmir.

“Müharibə üçün vacib olan ÜDM-in ölçüsü deyil. Müharibələr mövcud real resurslardan istifadə etməklə aparılır. İxrac isə bu məqsədə uyğun deyil. Yalnız ölkədə istehsal olunan məhsul, üstəgəl idxal bu məqsədə uyğundur. Deməli, Rusiya ixracından əldə edilən gəlir yalnız valyuta ehtiyatlarının həcmini artırır və bu valyuta ilə heç nə almaq mümkün olmadığından o Putinin müharibəsini təmin etmir”, – o, Qər valyutaları ilə idxalı ödəmək imkanı kimi, Rusiyaya avadanlıq və texnologiyaların tədarükünə qoyulan qadağanın səmərəsini də izah edir.

Qərb böhran qarşısında tərəddüd edəcəkmi?

Qərb də, Rusiya da deyir ki, sanksiyalar onlara yox, əks tərəfə daha çox ziyan vurur. Eyni zamanda, hər ikisi itkilərə məruz qaldıqlarını və iqtisadiyyatı yenidən qurmaq məcburiyyətində qaldıqlarını etiraf edirlər.

Sual odur ki, uzun müddət bu oyunda kim birinci tərəddüd edəcək?

Putin əmindir ki, Avropa üçün iqtisadi böhran siyasi böhranla başa çatacaq və “qaçılmaz olaraq deqradasiyaya və yaxın gələcəkdə elitanın dəyişməsinə gətirib çıxaracaq”.

Hazırkı Avropa liderləri bacaracaqlarına ümidlidirlər.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen: “Biz pandemiyanın öhdəsindən gəldik, peyvəndin öhdəsindən gəldik, koviddən sağalmaq üçün pul tapdıq” – dedi. “Biz Rusiyanın təcavüzü qarşısında eyni birliyi göstərdik. Əminəm ki, birlik sayəsində biz enerji böhranından sağ çıxacağıq”.

Bu müharibənin ən parlaq Avropa lideri, Fransa Prezidenti Emmanuel Macron bunun çətin olacağını etiraf etdi, lakin təzyiq və dəstəyi azaltmayacağına söz verdi.

“Dünya nizamının qeyri-sabitliyə getməsi, ardınca humanitar, enerji və ərzaq böhranları fevralın 24-də Ukraynaya hücum edərkən Rusiya və onun təkbaşına etdiyi seçimin nəticələridir”, – dedi, – “bizim tərəfimizdə heç bir güzəşt ola bilməz, çünki azadlığımız və dünya sülhü təhlükə altındadır”.

Britaniyanın Fransa siyasəti üzrə ən yaxşı ekspertlərindən biri və Avrasiya Qrupunun Avropa məsələləri üzrə eksperti Professor Mic Rahman deyib ki, Macron böhrandan bezmiş əhali arasında payızda baş verə biləcək narazılıq dalğasına hazırlaşır.

Bir tərəfdən, Makron Aİ-nin müharibə yorğunluğu və inflyasiya səbəbindən qışda sanksiyaları və yardımı yumşaldacağı barədə Ukraynanın qorxularına (və Rusiyanın ümidlərinə) cavab verir. Digər tərəfdən, o, daxili problemlərdən müdafiə olunur, çünki fransız müxalifəti – sol da, sağ da – “qeyri-məhsuldar” sanksiyaları ya yumşaltmağı, ya da ləğv etməyi tələb edir. Sentyabrın əvvəlində qiymət artımına qarşı nümayişlər və yürüşlər planlaşdırılır”, – o, Makronun bəyanatını şərh edir.

“Makron ötmə oynuna girib. O, gözlənilən böhranı a) Rusiyanın hərəkətlərinin nəticəsi və b) azadlıq üçün ödənilməli olan qaçılmaz qiymət kimi təqdim etməyə tələsir.

Avropalılar nə düşünür? Onlar yavaş-yavaş müharibədən yorulmağa başlayırlar.

Avropa Şurasının Xarici Əlaqələr Araşdırma Mərkəzinin sifarişi ilə 10 Avropa ölkəsinin sakinləri arasında keçirilən ən son sorğuya əsasən, avropalıların 42 faizi hesab edir ki, öz ölkələrinin hakimiyyət orqanları Ukraynadakı müharibəyə həddindən artıq diqqət yetirirlər. Bir qədər az (36 faizi) bunun düzgün olduğuna inanır.

ECFR tədqiqatçıları etiraf edirlər ki, “Bir çox Avropa dövlətlərində sorğu hakimiyyətin rəsmi mövqeyi ilə cəmiyyətdəki əhval-ruhiyyə arasında genişlənən uçurumu aşkar edib”.

Rumınlar (58 faiz), polyaklar (52faiz) və italyanlar (48faiz) müharibə səbəbindən unudulmalarından xüsusilə narazıdırlar. Hakimiyyətə qarşı ən az şikayət skandinaviyalılar və ingilislərdir.

Sorğular göstərir ki, Avropalılar Putindən qorxurlar. Onun atom bombası atacağından (61faiz) və ya onlara hücum edəcəyindən (42faiz) qorxurlar. Amma elektrik və istilik enerjisinin bahalaşması onları heç də az narahat etmir (61 faiz).

Qorxulardan hansı qalib gələcək – yenicə başladılan müzakirələrdən asılıdır.

Bu müzakirənin nəticəsi sanksiyaların müvəqqəti yumşaldılması və ya kəmərlərin sıxılması qərarı ola bilər. Amma ictimai rəy kəskin şəkildə dəyişməsə, köhnə münasibətlərə qayıtmaqdan söhbət gedə bilməz.

“Sorğu göstərir ki, Avropanın Rusiyadan qopması ən azı ortamüddətli perspektivdə dönməzdir. Avropalılar Rusiyanın nə öz siyasi icmasına, nə də hər hansı digər strukturlarına inteqrasiyasını açıq şəkildə təsəvvür etmirlər. Onlar Rusiya ilə əlaqələri tamamilə kəsilmiş Avropa ilə gələcəyə hazırlaşırlar”, – ECFR alimləri sorğunun nəticələrini təhlil edirlər.

Tarixin ən sərt sanksiyaları

Rusiyaya qarşı əvvəllər də sanksiyalar olub: insan haqlarının pozulması, Kremlin rəqiblərinə qarşı kimyəvi döyüş agentlərindən istifadə, ABŞ seçkilərinə müdaxilə, kiberhücumlar və təbii ki, 2014-cü ildə Rusiya Krımı ələ keçirərkən Donbasda sabitliyi pozaraq Ukraynaya ilk hücuma görə.

Amma əvvəlki sanksiyalar daha çox Putinə yaxın şəxsləri və müdafiə sənayesini hədəf alıb. Məqsədləri Kremlə göstərmək idi ki, Qərb onun davranışını ləyaqətli cəmiyyətə layiq görmür və qucaqlamaq fikrində deyil. Yalnız biznes – ticarət, maliyyə, kosmik.

Putinin Ukraynanın qalan hissəsini ələ keçirmək üçün qoşun göndərmək və Qərblə açıq qarşıdurmaya keçmək qərarından sonra hər şey dəyişdi, hərbi zərbə təhdidləri və Aİ ölkələrinin ərazilərində iddialara qədər. Qərbin yeni sanksiyaları həm tətbiq olunma sürətinə, həm məhdudiyyətlərin miqyasına, həm də onları dəstəkləyən ölkələrin sayına görə müasir tarixdə misilsiz oldu.

Onların məqsədi artıq etik deyil, praktik idi – Rusiyanı pul və texnologiyadan məhrum etmək, Putinin müharibəni maliyyələşdirmək, insanları öldürmək və təkcə Ukraynada deyil, həm də Moldovada, Baltikyanı ölkələrdə və başqa yerlərdə əraziləri işğal etmək qabiliyyətini sarsıtmaq.Sanksiyalar qeyd-şərtsizdir – onların hansı şərtlərlə qaldırılacağı göstərilmir. Onların məqsədi İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük müharibəni başlatmış hərbi-siyasi maşını susdurmaq və sökməkdir.Rusiya ticarət üstünlüklərini itirdi və mülki aviasiyasının bir hissəsini itirdi. Qərb kreditləri, mütəxəssisləri, investisiyaları və texnologiyaları olmadan qaldı, bunun sayəsində yoxsulluqdan qurtula və Sovet planlı iqtisadiyyatının xarabalıqları üzərində bazar iqtisadiyyatı qura bildi.Dünyada onlara layiqli alternativ yoxdur. Bu, Rusiyanı keçmişə sürətlə atılmağa və inkişaf etmiş dünyadan təcrid olunmuş uzunmüddətli durğunluğa məhkum edir.

Aleksey Kalmıkov

BBC

Əvvəlki məqalə

Lənkəranda 21 narkotacir saxlanılıb –

Sonrakı məqalə

Qarabağ müharibəsi dövründə azad edilmiş əsir və girovların sayı açıqlanıb