Şaxta baba papağı taxıb məscidi yandırdılar

Rusiyanın Moskva vilayətində Naməlum şəxslər məscidi yandırmağa cəhd ediblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Serpuxov şəhərində baş verib. Yanğın törədənlərdən birinin əynində Şaxta baba papağı olub.

Dekabrın 24-də axşam saatlarında polisə yanğınla bağlı siqnal daxil olub. Puşeçnaya küçəsindəki məscidin divarında his izləri, yaxınlıqda isə bir neçə qırıq və bütöv şüşə butulkalar yatıb.Polis müşahidə kameralarını yoxlayıb və 20-25 yaşlarında iki naməlum kişini müəyyən edib. Gənclər hasarın üstündən keçərək dəmiryol relslərinə tərəf qaçıblar. Onlardan birinin başında Şaxta baba papağı olub.

Əməliyyatçılar hadisə yerindən iki ədəd hazır “Molotov kokteyli” aşkar ediblər. Məlumata görə, əmlakın qəsdən məhv edilməsi ilə bağlı cinayət işi açılıb.

İsti izlərlə şübhəliləri saxlamaq mümkün olmayıb.

Əvvəlki məqalə

Ermənistan nümayəndə heyəti Aİİ-nin Minsk sammitinə qatılmayacaq

Sonrakı məqalə

Təyyarə qəzasında həlak olan 10 nəfərin şəxsiyyəti müəyyən edilib