Şenol Günəş “Trabzonspor”un baş məşqçisi təyin olunub

Türkiyənin “Trabzonspor” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Klubun rəsmi saytının yaydığı məlumata görə, bu vəzifə Şenol Günəşə həvalə olunub.

72 yaşlı mütəxəssis bu postda Abdullah Avcını əvəzləyib.

Qeyd edək ki, Şenol Günəş daha əvvəl 4 dəfə müxtəlif vaxtlarda “Trabzonspor”un baş məşqçisi olub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.