Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın cinayət işi məhkəməyə verilib. Bu barədə Baş prokuror Arevik Xaçatryan məlumat verib. “Baş Prokurorluq ittiham aktını təsdiqləyib və cinayət işi Yerevan Məhkəməsinə yollanıb”- deyə xəbərdə deyilir. Cinayət işi keçən ilin sonlarında qaldırılıb. İstintaqın məlumatına görə, Serj Sarkisyan 2013-cü ildə “Fleş” şirkətinə yardım göstərib. Şirkət dizel yanacağı təminatı ilə bağlı tenderdə qalib gəlib. Bununla da, dövlətə 1 milyon dollardan artıq zərər dəyib.