Şeyxülislam Allahşükür Paşazadə BMT-nin Baş katibi ilə görüşüb

Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının «Sülhdə birlik — etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması» mövzusunda 10-cu Yubiley Qlobal Forumunda iştirak edən  Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 26-da Portuqaliya Prezidentinin Forum iştirakçıları şərəfinə verdiyi şam yeməyində iştirak edib. 
Bu barədə QMİ mətbuat xidməti məlumat yayıb.
Tədbirdə Portuqaliya Prezidenti Zati-aliləri cənab Marçelo Rebelo de Sousa ilə səmimi görüş baş tutub.
Qəbul zamanı BMT Sivilizasiyalar Alyansının yaranmasının iyirmi illiyinə həsr olunmuş 10-cu Qlobal Forumda iştirak edən BMT-nin Baş Katibi Antonio Qutteriş ilə səmimi görüşdə dini liderlərin qlobal dinlərarası dialoqda iştirakı və  BMT Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq perspektivlərinə toxunulub. Şeyxülislam A. Paşazadə BMT Baş Katibi cənab Qutterişə yenicə başa çatmış Bakı COP29 zirvə görüşü çərçivəsində Dini Liderlərin Qlobal Sammiti iştirakçılarına video-müraciətinə və ümumən, COP29-a aparan yolda Azərbaycana verdiyi dəstəyə görə dərin minnətdarlığını və səmimi təşəkkürlərini bildirib.
 Şeyxülislam Qlobal Forum çərçivəsində tədbir iştirakçıları ilə bir sıra görüşlər keçirib. Müsəlman Ağsaqqalları Şurasının Baş Katibi Məhəmməd Əbdüssəlam, Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç, Yunanıstanın sabiq Xarici işlər naziri Dimitris Avramopoulos, Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər nazirinin müavini Vəlid əl Xreyci və b. ilə səmimi dialoqlarda  qarşılıqlı əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib.
X Qlobal Forum işini davam etdirir.
Əvvəlki məqalə

COP29 ərəfəsində ən çox kiberhücuma məruz qalan saytlar

Sonrakı məqalə

“1500 məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlər yalandır” –