Şimal bölgəsində 17 dərəcə şaxta olub - hava şəraiti kəskin dəyişib
Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti kəskin dəyişib.
Yanvarın 23-ü gecə saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağır. Qusarın Ləzə kəndində temperatur mənfi 17 dərəcəyədək düşüb.
Ən çox qar Qusar rayonu ərazisində qeydə alınıb. Rayonun Ləzə kəndində qarın hündürlüyü 15 santimetrə çatıb. Qubanın Xınalıq kəndində 6, Qırızda 7, həmçinin Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 2 santimetrdir.
Şimal rayonlarında hazırda qar yağmaqda davam edir.
Əlaqəli xəbərlər
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
-
Yeni iş yerlərinin 84 faizi Bakı və Abşeronda yaradılıb – Regionlarda niyə iş yoxdur? / TƏHLİL
-
Bakıda ev almaq, yoxsa kirayədə qalmaq sərfəlidir? – 6 rayonun qiymətlərini müqayisə etdik / ANALİZ
Növbəti xəbər yüklənir...