Sadiqlik yalnız insanın doğulduğu mühitlə bağlı deyil, tərbiyə, həyat təcrübəsi və bir sıra digər amillər də buna təsir edir.

Lakin astroloqlar hesab edirlər ki, bəzi bürclər temperamentlərinə və ən çox dəyər verdikləri prinsiplərə görə digərlərindən daha sədaqətlidir. Belə bir partnyor əsl xəzinə hesab olunur.

Bu barədə OBOZ.UA yazır.

Xərçəng ən sadiq bürcdür 

Astroloqların fikrincə, ən sadiq bürc şübhəsiz ki, Xərçəngdir. Bu bürcün nümayəndələri ailəyə bağlı, xeyirxah insanlardır və ötəri münasibətlərə başlamağa həvəs göstərmirlər. Onlar daimi partnyor tapmağa üstünlük verirlər. Bir dəfə aşiq olduqdan sonra isə xəyanət barədə heç düşünməzlər.

Xərçəng bütün qəlbini sevdiyi insana verir və yaxınlıq, etibar, təhlükəsizlik hissi ilə dolu uzunmüddətli münasibətlər arzulayır.

Əkizlər və Oxatanların sevdiyi əyləncə xatirinə ötəri flirt Xərçəngə qətiyyən uyğun deyil. Buna görə də astroloqlar onun sevgini bu bürclərin nümayəndələri arasında axtarmamasını məsləhət görürlər. Xərçəng xəyanətin insanı nə qədər dərindən yaralaya biləcəyini yaxşı bilir və sevdiyi insana belə bir şey etməz.

Buğa romantik macəralara vaxt sərf etmir 

Zodiakın 12 bürcü arasında Buğa da sədaqəti ilə seçilir. Astroloqların fikrincə, bu, heç də təsadüfi deyil. Torpaq ünsürünə aid olan Buğa sakitliyi, sabitliyi və proqnozlaşdırıla bilən həyatı, o cümlədən sevgi münasibətlərində belə xüsusiyyətləri yüksək qiymətləndirir.

Emosional sarsıntılar Buğalar üçün əsl əzabdır. Buna görə də onlar bir insana bağlanmağa və onunla gələcək qurmağa üstünlük verirlər. Buğa ciddi münasibətə başlamaq qərarına gəldikdən sonra, ötəri bir eşq macərası naminə bundan vaz keçmək niyyətində olmur.

Bu bürcün nümayəndələri üçün uğurlu münasibət sədaqət, qayğı və səbir deməkdir. Onlar qısa müddətli ehtiras naminə qurduqları münasibəti riskə atmazlar.

Oğlaq münasibətlərə ciddi yanaşır 

Oğlaq da astroloqların ən sadiq bürclər sırasında göstərdiyi işarələrdən biridir. Bu bürcün nümayəndələri asanlıqla aşiq olmurlar. Onlar partnyor seçərkən diqqətli davranırlar, çünki kiməsə açılmaq və tam etibar etmək üçün vaxt lazımdır.

Münasibətə başlamazdan əvvəl qarşı tərəfin onun dəyərlərini bölüşdüyünə əmin olmaq istəyirlər. Oğlaq sevgini yüngül qəbul etmir. Əgər sevgisini və sədaqətini bəyan edirsə, sözlərinə ciddi yanaşır.

Oğlaq üçün sevgi etirafları həqiqətən də məna daşıyır. Münasibətlərdə çətinliklər yarandıqda belə, o, dərhal başqa birinin qucağında təsəlli axtarmır. Əksinə, vəziyyəti partnyoru ilə dürüst şəkildə müzakirə etməyə və yaranmış böhranı birlikdə aradan qaldırmağa çalışır.

Sunay Aydın